“Valyuta gəlirləri azalan bir ölkə üçün bu, fəlakətdir” -EKSPERT

  • By admin
  • 22 Sentyabr 2016 14:22

dollar_euro_140715_1_1

Bu ilin 8 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 20 min ton artaraq 953 min ton təşkil edib.

Bu haqda Gununsesi.info-ya kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu ilun yanvar-vaqust aylarında meyvə tərəvəz 31 %, çay 86%, bitki yağları idxalı 8 faiz, şəkər 39%, süd məhsulları 61%, ət idxalı isə 2 dəfə, yəni 100 faiz artıb: “Ərzaq məhsullarının ixracında da vəziyyət çox acınacaqlıdır. Belə ki, şəkər ixracı 49 faiz, çay 69%, bitki yağı ixracı isə 80 faiz azalıb. Onu da qeyd etməliyəm ki, son 3 ildəərzaq mallarının idxalı yüksələn xətlə gedir. Eləcə də qida məhsulların ixracında azalmalar uzun müddətdir ki, davam edir. Bu kimi faktlar onu deməyəəsas verir ki, ölkənin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatı idxaldan aslı vəziyyətə salınıb. Valyuta gəlirləri azalan bir ölkə üçün bu, fəlakətdir”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info