Valyuta məzənnələri açıqlanıb

  • By admin
  • 21 İyun 2016 10:00

Manat dollar nisbeti

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Gununsesi.info xəbər  verir ki, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5240 manat təşkil edib.

Avro isə manata qarşı zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 0,2% ucuzlaşaraq 1,7273 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,23% möhkəmlənərək 0,0238 manat olub.

 

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,06% güclənərək 0,5253 manata çatıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2337 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,6%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,63% ucuzlaşaraq 0,6943 manata çatıb.