
Dünyada hər bir insan var-dövlət sahibi, imkanlı olmaq arzusu ilə yaşayır. Özü də indiki zəmanəmizdə. Ancaq buna necə nail olmağın yolları asan olmur və heç də hamı bu məqsədə nail ola bilmir. Hətta bunun qaydalarını bilsələr belə…
Odur ki, indi sizə var-dövlətə sahib olmaq qaydasından söz açacağıq.
Gununsesi.info Woman.ru-ya istinadən xəbər verir ki, varlı olmaq üçün ilk olaraq baxışlarınız dəyişməlidir.
Əgər siz yeniyetmə, gənclik illərində düz və halal yolla çoxlu pul qazanmağın qeyri-mümkün olduğunu düşünmüsünüzsə, o zaman bu düşüncə tərzi sizin çoxlu pul qazanmaq yolunda maneəyə çevrilə bilər. Eyni zamanda, pulun qan bahasına qazanıldığını və onun hər qəpiyinin qədrinin bilinməsi də var-dövlətə sahib olmaq istiqamətində bir baryerdir. Necə deyərlər, bu düşüncə ilə var-dövlətə sahiblənmək olmaz. Ona görə də digər qaydalara riayət edərək, o qaydalara köklənməlisiniz: Pulu rahat qaydada və hər zaman əldə etmək mümkündür. Bax, bu düşüncə sizi var-dövlətə sahib olmaq istiqamətindəki qarşınızda duran həyəcan və qorxudan xilas edə bilər.
İkincisi, əldə etdiyiniz gəlirləri öz məqsədlərinizə yönəltməyin. Fikirləşin ki, pul ilk olaraq sərbəstlikdir və sizə həyatda xoşbəxt olmağınız üçün planlarınızı həyata keçirməyə imkan verir.
Üçüncüsü, pul qazanan zaman ancaq sevdiyiniz işlə məşğul olun. Çünki bu yolla karyera əldə etmək planınız sizin xarakterinizə zidd ola bilər. Sevmədiyiniz sahə üzrə karyera etməyiniz hər zaman daxilən sizi sıxacaq, ikincisi isə bu sahə üzrə elə profesionallar tapıla bilər ki, gec-tez autsayder vəziyyətinə düşə bilərsiniz. O baxımdan pul əldə edərkən öhdəsindən gələ biləcəyiniz işlə məşğul olun. Öz bacardığınız işdən yapışdığınız zaman isə sizin səyləriniz əvvəl-axır qiymətləndiriləcək.
Dördüncüsü, pul qazanan zaman dözümlülük və səbr nümayiş etdirmək lazımdır. Dözümlülük və səbr edə bilməyən insanların çoxu var-dövlətə sahib olmağın yarıyolundan geri dönməli olurlar. Onlar çox səy göstərib, möcüzə əldə etmək istəyirlər. Ancaq nəticəni gözləmədən deyirlər ki, bu qayda işləmir. Bununla da başlatdığı prosesi dayandırırlar.
Beşincisi, bir şeyi yadda saxlayın. Pul enerji mənbəyidir və o hər zaman hərəkətlilik tələb edir. Ona görə də pulu düzgün yerə xərcləməyi bacarmalısınız. Məsələn, maqazində alış-veriş edin və insanlara yaxşlıq edin, onlara hədiyyə alın. Hesab edin ki, sizin xərclədiyiniz pullar yeni malların alınmasına, eyni zamanda sizə xidmət edənlərin maaşlarının alınmasına istifadə olunacaq. Bu yolla siz daha çox gəlir əldə etmək imkanlarınızı artıra bilərsiniz.
Altıncı qayda isə ondan ibarətdir ki, xəsis olmayın. Bir şeyi yadda saxlayın ki, smic iki dəfə xərcə düşür. Pul qazanmağın ən vacib şərtlərindən biri çox xərcləməklə gəlirlərini artırmağın yollarnı aramaqdır.
Hazırladı Mürtəza
Gununsesi.info












