Vaşinqtonda atışma oldu: 3 ölü

  • By admin
  • 23 İyun 2016 10:15

Atishma Shootin gun

ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhəri yaxınlığında naməlum şəxs üç nəfəri güllələyərək öldürüb, bir nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Terston dairəsinin şerif idarəsinin rəsmi nümayəndəsi Deyv Pirsoll məlumat verib.

Onun sözlərinə görə, bir qadın və iki kişi öldürülüb, bir kişi odlu silah yarası alıb. Məhz sonuncu şəxs hadisə yerinə polis çağırıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti stabildir. Asayiş keşikçiləri hələ ki, şübhəli şəxsi yaxalaya bilməyiblər.  (Report)