Vatsapda yeni funksiya

  • By admin
  • 16 Oktyabr 2022 21:35

Vatsapın 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə WABetaInfo resursu məlumat yayıb.

Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı “redaktə edilib” şəklində qeyd olunacaq.

Funksiya göndərilmə saatının yanındakı hissədə yerləşir.

Gununsesi.info