Vergilər Nazirliyinin saytı yeniləndi

  • By admin
  • 25 Sentyabr 2019 17:03

Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. 

Gununsesi.org xəbər verir ki, yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri “Axtarış bazası”, “Vergi təqvimi” və “Elektron xidmətlər” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Sözügedən saytla http://taxes.gov.az/az linkinə daxil olaraq tanış ola bilərsiz.

Gununsesi.org