Viki-Mərkəzdə növbəti təlim kursları keçirilir

  • By admin
  • 21 İyun 2016 12:10

13521087_10206121491545936_962081119_n

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəz yaradılıb. Azərbaycan alimlərinin viki-layihələrdə yaxından iştirakını təmin etmək üçün AMEA-nın bütün institut və təşkilatlarında viki-qruplar formalaşdırılıb. Bu gaqda Gununsesi.info-ya AMEA mətbuat xidmətindən məlumat verilib. Mərkəzin yaradılmasında məqsəd Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi məqsədilə Vikimetrik tədqiqatların aparılması, müxtəlif sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya dair nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikipediyanın populyarlaşdırılması və onların Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması Viki-Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Qeyd edək ki, artıq Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı növbəti təlim kursları keçirilir. Burada AMEA institut və təşkilatlarının əməkdaşlarına Vikipediya virtual ensiklopediyası və viki-texnologiyaları ilə idarə olunan müvafiq layihələrdə işləmək üçün zəruri biliklər tədris olunur. 1 aylıq kurslarda Vikipediyanın problemləri və perspektivləri, əsas prinsipləri, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və onlardan istifadə qaydaları, mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları kimi mövzulara dair mühazirə və seminarlar keçirilir. Sonda təlim kurslarında iştirak edən şəxslərə sertifikatlar təqdim olunacaq.

Gülnaz Qənbərli