Vilayət Eyvazov Adil Əliyevə medal verib

Milli Məclisin vitse-spikeri Adil Əliyevdaxili işlər naziri, general – polkovnik Vilayət Eyvazovun müvafiq əmriylə “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.

Gununsesi.info bildirir ki, bu barədə Adil Əliyev sosial şəbəkədə yazıb.

“Ölkəmizdə polis orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman bu quruma yüksək diqqət və qayğı göstərilmişdir. Fəxr edirəm ki, mən və yaxınlarım istər Ulu Öndərin, istərsə də Müzəffər Ali Baş Komandanın dövründə daxili işlər orqanlarında şərəfli xidmət yolu keçmişik. Cənab nazirə bir daha minnətdarlığımı bildirir, rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirəm”.

Gununsesi.info