Vilayət Eyvazov ona daha aşağı VƏZİFƏ VERDİ

  • By admin
  • 22 Mart 2021 14:13

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info Unikal.org-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Vüqar Abbasov Xətai rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bir müddət öncə Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

 

Gununsesi.info