“Meta” şirkətinə məxsus “WhatsApp”, şifrəli mesajlaşma xidmətinə “WhatsApp Kanalları” adlı yeni funksiyanın gəldiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, “WhatsApp Kanalları” tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.
Şirkətin açıqlamasında bildirilir ki, kanallar adminlərin mətn, foto, video, stiker və sorğu yerləşdirmək üçün birtərəfli yayım vasitəsidir.
Siz izləmək istədiyiniz kanalları seçmək üçün axtarış edilə bilən kataloqdan istifadə edə biləcəksiniz və sevimli idman komandalarınız, hobbiniz və ya yerli hakimiyyət orqanları haqqında son xəbərlər yayımlanan kanalları izləyə bilərsiniz.
Gununsesi.info