Whatsappdan daha bir yenilik

  • By admin
  • 15 İyul 2017 18:37

whatsapp-new1
Son dövrlər yenilik və dəyişikliklərlə gündəmdən düşməyən Votsap sosial şəbəkəsinə daha bir funksiya əlavə edilib.

Qaynarinfo xəbər verir ki, artıq Android və iOS istifadəçiləri MP3 formatında audio faylı və 100 MB həcmində PDF faylını göndərə biləcəklər.

Qeyd edək ki, son dövrlərdə edilən dəyişikliklərə əsasən, GIF faylını, şəkil və ya fotonu kamera ekranından birbaşa göndərmək mümkün olacaq. Həmçinin eyni istifadəçidən gələn fayllar bir qovluqda toplanacaq.

Gununsesi.info