“Whatsapp”dan istifadə məhdudlaşdırıldı

  • Müəllif: admin
  • 03 İyun 2017 14:06

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, may ayının sonunda açıqlanan bir qərara əsasən, bəzi mobil telefonlarda “Whatsapp” proqramından istifadə məhdudlaşdırılacaq.

Son zamanlarda dəfələrdə yenilənərək bir sıra dəyişikliklərə uğrayan “Whatsapp” daha da məşhurlaşıb. Lakin hər gün bir az da inkişaf etdikcə bəzi mobil cihazlarda proqramın istifadəsində problelər yaranır. Daha dəqiq desək, bəzi mobil telefonlarda “Whatsapp”-ın yenilənmə funksiyası yoxdur. Eyni zamanda, həmin cihazlar proqramın ehtiyaclarını qarşılamır. Bu səbəbdən iyun ayının 30-dan etibarən bəzi Android, IOS, Windows, BBOS və Symbian sistemli mobil telefonlarda “Whatsapp” proqramının istifadəsi məhdudlaşdırılacaq.

Həmin mobil sistemlər aşağıdakılardır:

Nokia S40

Nokia Symbian S60

Android 2.1

Android 2.2

Windows Phone 7.+1

iPhone 3GS (iOS 6)

BlackBerry OS

BlackBerry 10

 

Gununsesi.info