“WhatsApp”dan xırda, amma xoş dəyişiklik - FOTO

  • By admin
  • 21 Aprel 2023 09:19

Daim özünü yeniləyərək populyarlığını qorumağı bacaran “WhatsApp”a daha bir yeniləmə gəlib.

Bu dəyişiklik kiçik olsa da, “beta” istifadəçilər tərəfindən xoş qarşılanıb.

Belə ki, dəyişiklik tətbiqin kontaktlar siyahısının “Haqqında” bölməsində olub. Hazırda tək sətir olan bölməyə yeni sətir əlavə edilib.

Ancaq bu, yeganə dəyişiklik deyil: “Haqqında” mətni artıq hətta mesaj yönləndirilərkən də kontaktlar siyahısında görünür.

“WhatsApp” tərtibatçılarının sözlərinə görə, bu kiçik dəyişikliyə ehtiyac səbəbi istifadəçilərin işini bir az da yüngülləşdirmək olub.

Cari versiyada yalnız bir sətir göründüyündən istifadəçi daha uzun mətnləri oxumaq üçün “Haqqında” bölməsinə klik etməli idi. Bu da vaxt itkisi idi. Artıq belə bir ehtiyac yoxdur. Bütün mətni klikləmədən oxumaq mümkün olub.

WhatsApp-ın bu funksiyanı bütün istifadəçilərə nə zaman təqdim edəcəyi hələlik məlum deyil.