“Wolt”da aksiya - MAAŞ ARTIMI TƏLƏB EDƏN KURYERLƏR İŞƏ ÇIXMAQDAN İMTİNA EDİB

  • By admin
  • 22 Aprel 2022 14:26

“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb.

Gununsesi.info xəbər veri ki, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

İşçilərin verdiyi məlumata görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb.
Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, – deyə çağırışda bildirilir.

Gununsesi.info