Xəzərdə zəlzələ olub

  • Müəllif: admin
  • 05 Oktyabr 2016 14:18

zelzele

Oktyabrın 5-də Xəzər dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12:21-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın ocağı 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Gununsesi.info