Xəzərdə “Dəniz kuboku – 2017” yarışı keçiriləcək

  • By admin
  • 22 İyun 2017 16:29

10

Ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku – 2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti Bakıda olub.

Azərbaycan Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb.

Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.

Anar

Gununsesi.info