“Xəzər”in əməkdaşından kobud yol hərəkəti pozuntusu -LEYLA MUSTAFAYEVA BU ƏMƏLİNİ İCTİMAİLƏŞDİRİB (VİDEO)

  • By admin
  • 16 Oktyabr 2016 11:39

leyla

Xəzər Televiziyasında yayımlanan “Ənənə boğçası” verilişinin yaradıcı heyəti bu həftə Tovuza səfər edib.

Gununsesi.info-nun xəbərinə görə, Leyla Mustafayevanın müəllifi olduğu proqram dünən axşam Xəzər TV-də yayımlanıb. Efirdə Leyla Mustafayevanın avtomobil idarə edərkən, Xəzər FM radiosuna canlı bağlantısı da çəkilişdə qeyd olunub.Burada isə diqqəti çəkən məqam jurnalistin “Yol Hərəkəti Qaydaları haqqında” qanunun tələbini kobud şəkildə pozaraq, telefonla bir neçə dəqiqə danışması olub.

Bu azmış kimi jurnalist törətdiyi inzibati xətanı telekanalda ictimailəşdirib. Nəzərə alsaq ki, Leyla Mustafayevanın idarə etdiyi avtomobil Bakı-Qazax magistralında yükəsk sürətlə hərəkətdə olub, o zaman qəza da baş verə bilərdi.

Gununsesi.info jurnalistin qayda pozuntusu ilə bağlı videonu təqdim edir: