
Xaçmazda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.
Gununsesi.info












