
Sosial şəbəkə izləyicilərindən biri Aygün Kazımovaya təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, anasının səhhətində problem yaranan izləyiciyə xalq artisti kömək olub. Köməyə qarşılıq olaraq izləyici öz borcunu yerinə yetirərək sosial şəbəkə vasitəsilə Aygünə təşəkkürünü bildirib: “Anam bir neçə gündür ki, ağır əməliyyat keçirib. Ani qərar idi. Bütün bu günlər ərzində xalq artisti Aygün Kazımova anama həm maddi həm də mənəvi dəstək oldu. Buna görə Aygün Kazımovaya nə qədər təşəkkür etsəm, nə desəm azdır. Ona dünyada ən dəyərli nemət can sağlığını arzu edirəm”.
Gununsesi.info