Xalq artistinin vəziyyəti ağırdır - XANIMI AÇIQLAMA VERDİ

  • By admin
  • 06 Sentyabr 2017 20:00

rafiq_huseynov

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, bunu lent.az-a açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib. O bildirib ki, həyat yoldaşının vəziyyəti yaxşılaşmaq bilmir: 

“Rafiq bəy bir neçə gün idi ki, reanimasiyaya yerləşdirilmişdi. Bir az özünə gələndən sonra həkimlər onu palataya çıxartdı. Amma yenidən səhhəti ağırlaşdı. Həkimlər dedilər ki, əlimizdən gələni etmişik. Amma nəticəni gözləmək lazımdı. Ümidimiz Allahadır. Gözləyirik”.

S.Hüseynova onu da əlavə etdi ki, R.Hüseynov danışa bilmir:

“Danışa bilmir. Yəni o halda deyil ki, nəsə deyə bilsin”.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov Türkiyədə əməliyyat olunub.

Gununsesi.info