
Azərbaycanın Xalq artistləri Məncum İbrahimovla Canəli Əkbərov barışıb. Gununsesi.org xəbər verir ki, bir müddət əvvəl bir-birinə ağır sözlər deyən iki məşhur sima küsülüyə son qoyublar.
Belə ki, M. İbrahimov xəstəxanada müalicə alan həmkarını ziyarət edib. O, xəstəxanadan foto çəkdirərək instaqram səhifəsində paylaşıb, C. Əkbərova şəfalar diləyib.
Qeyd edək ki, Canəli Əkbərov “Qafqazinfo”ya müsahibəsində muğam müsabiqəsinin 5 münsifini- Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında sərt fikirlər səsləndirmişdi. O, M. İbrahimovun 90-ci illərdə hərbidən yayındığını qeyd etmişdi.

Gununsesi.org












