Bağdadda Bəhreyn Krallığının səfirliyinə hücum edildi

  • Müəllif: admin
  • 28 İyun 2019 09:38

Bağdadda Bəhreyn Krallığının səfirliyinə hücum edilib.

“RİA Novosti” xəbər verir ki, polis aksiyada iştirak edən 45 nəfəri saxlayıb.

Bildirilir ki, səfirliyə ABŞ-ın təşkil etdiyi Fələstin məsələsi üzrə görüşdən narazılıq edənlər hücum edib.

Bəhreynin Xarici İşlər Nazirliyi İraqdakı səfiri Salah əl-Malikini geri çağırıb.

Həmin görüşün keçirilməsindən narazı qalanlar İraqdakı Bəhreyn Krallığının səfirliyi ərazisinə daxil olaraq binanın şüşələrini qırıb, sonra Bəhreyn bayrağını çıxardaraq Fələstin bayrağını asıblar.

Gununsesi.org