Xankəndidə Paşinyana savaş elan edildi - Ekspert Elçin Xalidbəyli yazır

  • By admin
  • 26 Dekabr 2021 21:04

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın rəsmi arqumentlərini müdafiə etməkdə suçlanır; Erməni separatçıların təmsilçisi isə “Son baş verənlər yaxşı heç nə vəd etmir, bizim vəziyyətimiz ağlamalıdır” deyərək, “parlaq gələcək” ümidlərinin bitdiyini vurğulayır…

Ermənistan qarışıb. Bu düşmən ölkənin cəmiyyətini çalxalanır. Paşinyan hakimiyyətinə qarşı ittihamların məzmunu daha da sərtləşib. Eyni zamanda, ittihamların hədəfinə Qarabağ klanını da çıxarılıb. Və hazırda Paşinyan hakimiyyəti ilə yanaşı, hazırda müxalifətdə olan keçmiş Ermənistan iqtidar təmsilçiləri də erməni toplumunun qəzəbinə tuş gəlib.

Səbəb isə Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 24-də səsləndirdiyi açıqlamalardır. Həmin açıqlamalarda “artsax”ın təhvil verilməsi ilə bağlı ittihamları özündən əvvəlki hakimiyyətin sülh danışıqlarını uduzması barədə faktları sadalamaqla cavablandırmışdı. O, bildirmişdi ki, 2016-cı ildə Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda “Dağlıq Qarabağa aralıq status” verilməsi ilə bağlı məsələ məhz BMT-nin Təhlükəsizlik Şurasına həvalə olunmuşdu: “BMT TŞ-nın bu məsələni müzakirə edəcəyi təqdirdə, çıxacaq qərarı proqnozlaşdırmaq o qədər də çətin deyil. BMT TŞ-nın Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərinin toxunulmazlığı barədə qətnaməsi var”.

Erməni baş nazir məhz bu məqamı qabardaraq, beynəlxalq hüquq normalarına görə, Dağlıq Qarabağın hansı ölkənin tərkibində qalacağını da anlatmağa çalışıb: “Bu, əsl fəlakətdir. BMT TŞ-nın qətnaməsində Dağlıq Qarabağ ermənilərin və azərbaycanlıların yaşadığı Azərbaycan regionu olaraq, tanınıb. Yəni, bu qurumda müzakirə olarsa, Dağlıq Qarabağın statusu da Azərbaycan Konstitusiyasına uyğun həll edilə bilər”.

Təbii ki, erməni baş nazirin beynəlxalq hüquq normalarından qaynaqlanan həqiqətləri bu qədər açıq şəkildə dilə gətirməsi erməni toplumunda şok effekti yaradıb. Çünki Ermənistan cəmiyyəti ilk dəfə hüquqi və tarixi reallıqlar ilə bu qədər sərt şəkildə üz-üzə gəlib. Və bu reallıqlardan yayınmağın mümkün olmayacağını da artıq anlayırlar. Sadəcə, qəbul etməyə hələ tam hazır deyillər.

Ona görə də, hələlik baş nazir Nikol Paşinyanı hədəfə alıb, xəyanətdə suçlamaqla, özlərinə müvəqqəti də olsa, təskinlik verməyə çalışırlar. Halbuki, əvvəl-axır yeni geopolitik sistemin tələblərinə uymaq lazım gələcəyini də bilirlər. Və bütün bunların separatizmi şəxsi siyasi biznesinə alət edənlərin sonuna o qədər də çox qalmadığını göstərən əlamətlər olduğunu başa düşdükləri üçün daha da aqressivləsiblər.

Maraqlıdır ki, hazırda erməni toplumunda yaranmış çatlar daha da dərinləşib. Ermənistan cəmiyyəti demək olar ki, iki cəbhəyə bölünməyə başlayıb. Bir tərəf Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ mövzusu ilə bağlı mövqeyinin yalnız “artsax” iddialarını deyil, ümumiyyətlə, Ermənistanın gələcək mövcudluğunu təhlükə altına atdığını düşünür. Digər tərəf isə “artsax” iddialarının Ermənistana qonşularla normal münasibətlər qurub, inkişaf etmək imkanlarından məhrum buraxdığını gündəmə gətirir. Və bu problemdən mümkün qədər tez xilas olmağın vacibliyini vurğulayanlar Paşinyan hakimiyyətinin mövqeyini dəstəkləyir.

Belə anlaşılır ki, Ermənistan cəmiyyətində ciddi ziddiyyətlər və parçalanma meylləri mövcuddur. Halbuki erməni toplumunda yaşanan siyasi-ideoloji kataklizmlər yalnız bununla da məhdudlaşmır. Hazırda Paşinyan hakimiyyəti ilə rus sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində – Xankəndi və ətraf bölgədə yaşayan ermənilər arasında kəskin ziddiyyətlərin olduğu da müşahidə edilir. Hətta Xankəndi və ətraf bölgədə olan erməni separatçıları ilə rəsmi İrəvan arasında iplərin artıq qopmaq üzrə olduğunu da düşünmək olar. Və erməni baş nazirin son açıqlamasından sonra bu proses daha da güclənib.

Məsələ ondadır ki, erməni separatçıları hazırda Ermənistan baş naziri Nikol Paşinyanı açıq şəkildə hədəfə aldıqlarını qətiyyən gizlətmirlər. Buna əmin olmaq üçün separatçıların erməni baş nazirin açıqlamasına verdikləri reaksiyaya diqqət etmək yetərlidir: “Nikol Paşinyanın dekabrın 24-də verdiyi açıqlamada Dağlıq Qarabağın yekun statusunun Azərbaycanın Konstitusiyasına uyğun dəqiqləşdirilməsi fikrini qətiyyən qəbul etmirik. Bu barədə yalnızca “artsax” xalqı qərar verə bilər. Qətiyyən Azərbaycanın bir parçası olmayacağıq. Buna da bizim yerimizə başqası (Paşinyan nəzərdə tutulur) qərar verə bilməz. Erməni tərəfi bunu danışıqlar zamanı hər zaman dilə gətirib. Ən azından biz (Xankəndidə olan separatçılar) bunu hər zaman gündəmdə saxlamağa çalışmışıq”.

Göründüyü kimi, Xankəndi və ətraf bölgədə rus sülhməramlıların arxasında gizlənən erməni separatçılar isterik vəziyyətdədirlər. Sülh danışıqlarında heç vaxt tərəf olmayan, baş nazir Nikol Paşinyanın açıqlamasından sonra əsl reallıqla qarşılaşan erməni separatçılar onların mövqeyinin hətta rəsmi İrəvanı belə, maraqlandırmadığını anlamağa başlayıblar. Müqavimət göstərməyə çalışırlar, ancaq buna uyğun heç bir resursları yoxdur. Əllərindən yalnız hay-küy salmaq gəlir. Bu hay-küy də Ermənistandan uzağa gedib, çatmır və elə irəvandaca batıb, yox olur.

Son məlumatlara görə, Xankəndi və ətraf bölgədə olan erməni separatçılar rəsmi İrəvana qarşı sərt etiraz kampaniyasına hazırlaşırlar. Sentyabrın 27-də erməni separatçıların toplantı keçirərək, Paşinyan hakimiyyətini hədəfə alan bəyanat yaymaq niyyətində olduqları bildirilir. Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zoqrabyan məlumat yayıb.

N.Zoqrabyan iddia edir ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ ilə bağlı son dedikləri Xankəndi və ətraf bölgədə yaşayan ermənilər tərəfindən “təhlükəli açıqlamalar” kimi dəyərləndirilir. Ancaq N.Zoqrabyan Paşinyan hakimiyyətinə qarşı bəyanat razlaşdırılmasının mümkün olacağına da tam əmin deyil. Çünki onun dediyinə görə, rəsmi İrəvan təzyiq göstərərsə, Paşinyan hakimiyyəti ilə yaxın münasibətləri olan bəzi erməni separatçıları belə bir bəyanatın qəbul edilməsini əngəlləyə də bilərlər.

Bütün bunlardan belə nəticə çıxır ki, əslində, Xankəndi və ətraf bölgədə olan, Paşinyan hakimiyyətinə qarşı savaş açmaq niyyətinə düşmüş erməni separatçılarının özləri arasında da ciddi parçalanma və ziddiyyətlər mövcuddur. Belə situasiya Paşinyan hakimiyyətinə erməni separatçılarının mövqeyinə müdaxilə etmək imkanları açır. Və bu baxımdan, Araik Arutyunyanın öz separatçılarını uzun müddət birarada tuta biləcəyi də artıq o qədər də inandırıcı görünmür.

Vaxtilə Xankəndi və ətraf bölgədə separatçılara rəhbərlik edənlərin sırasında yer almış Aşot Qulyan yaranmış yeni situasiyanı yaxınlaşan fəlakət kimi dəyərləndirib. Onun fikrincə, Paşinyan hakimiyyətinə də, erməni separatçılarına rəhbərlik edən Araik Arutyunyanın yaxın ətrafına da etibar etmək olmaz: “Baş nazir Nikol Paşinyan erməni cəmiyyəti qarşısında Azərbaycanın bütün rəsmi arqumentlərini eynilə təkrarladı. Hazırda mövcud vəziyyət ilə bağlı yalnız bir qənaətə gəlmək mümkündür: Son baş verənlər yaxşı heç nə vəd etmir, parlaq gələcək ümidləri bitdi və ona görə də, bizim vəziyyətimiz ağlamalıdır”.

Aşot Qulyanın bu dəyərləndirməsi əslində, həqiqəti əks etdirir. Çünki ermənilərin düşdüyü situasiya doğrudan da çıxılmazdır. Onların “artsax” xəyalları artıq tamamilə boşa çıxıb. İndi Xankəndi və ətraf bölgədə yaşayan ermənilər hansısa uydurma “status” barədə deyil, məhz həmin ərazidə yaşamaq hüququ barədə düşünmək məcburiyyətində qalıblar. İndi ermənilər iki seçimdən birinin qaçılmazlığı ilə daha sərt şəkildə üzləşiblər. Yəni, ya Azərbaycan vətəndaşlığını qəbul edib, ərazisində yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmalıdırlar. Ya da bundan imtinanın qarşılığı olaraq, Azərbaycan ərazisini həmişəlik tərk etməlidirlər.

Bütün bunlar onu göstərir ki, Ermənistan baş naziri Nikol Paşinyan əsl həqiqətləri erməni toplumuna açıq mətnlə çatdırmaqla, “artsax” xəyallarının əslində, nə qədər mənasız və qeyri-real olduğunu da sübuta yetirməyə nail oldu. Bundan sonra Xankəndi və ətraf bölgədə olan erməni separatçıları Ermənistan baş naziri Nikol Paşinyana qarşı milli savaş da elan edə bilərlər. Ancaq bu, heç nəyi dəyişməyəcək. Və son nəticədə hər iki tərəf növbəti dəfə məğlub olacaq.

Siyasi-ekspert,

Elçin Xalidbəyli

Gununsesi.info