“Xaricdə yaşayan iki oğlum müharibədə vətənə döndü və əllərindən gələni etdilər” - ASLAN İSMAYILOV

  • By admin
  • 06 Fevral 2021 23:45

Tanınmış hüquqşünas Aslan İsmayılov ona qarşı ittihamlara cavab verib.

Gununsesi.info-nun xəbərinə görə, hüquqşünas müharibə zamanı oğlanlarının xaricdə qalması barədə iddiaları təkzib edib.

Onun sözlərinə görə,  Amerika və Almaniyada təhsil alıb, yaşayan oğlanları Azərbaycanda həqiqi hərbi xidmət keçib: “Müharibədən əvvəl onların hər ikisini yenidən ölkəyə çağırdım. Mən bəziləri kimi şəkillər çəkdirib, özünü reklam edənlərdən deyiləm. Hər iki övladım ikinci Qarabağ savaşında Vətən üçün əllərindən gələni ediblər. Bunu bilənlər bilir. Sadəcə özümüzü reklam edən adamlar deyilik”.

 

Gununsesi.info