Xarici İşlər Nazirliyi Londonda baş verən terror aktını pisləyir

  • By admin
  • 23 Mart 2017 10:37

xaricisler

Azərbaycan Xarici İşlər Nazirliyi Londonda baş vermiş terror aktını pisləyib.

Gununsesi.info məlumat verir ki, Xarici İşlər Nazirliyinin rəsmi “twitter” səhifəsində bildirilib ki, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyir.

Qeyd edək ki, Londonda Böyük Britaniyanın parlament binasının yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Gununsesi.info