Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə olublar - FOTOLAR

  • Müəllif: admin
  • 14 İyun 2017 17:55

d7d156d3e51137b4842a549114ae59bb

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib.

16 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

f47b19b1973cb12cd49839123dec6756 f3d3dcda3a1775ec20cdb84d9f404144 abdcdd36db9fba0bb58d675c0cf3d11d 30832d68daa7473c541f522063614901 58fec249822ebbb7a81617d898778884

Gununsesi.info