Xarici ticarət dövriyyəsinin azalma miqyası genişlənir - TƏHLİL

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 15:06

xarici

Azərbaycanın xarici ticarət dövriyyəsinin azalma miqyası genişlənir.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, bu ilin yanvar-avqust aylarında dövriyyə 9.2 faiz azalıb. Belə ki, sözügedən dövr ərzində ticarət əməliyyatlarının həcmi 12.5 milyard dollar təşkil edib.

İdxal əməlliyatları 5.3 milyard dollar olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz azalıb. Bu sektorda ən çox azalma dövlət sektorunda müşahidə edilir. DGK-nin hesabatından aydın olur ki, ötən ilin müvafiq dövründə dövlət sektorunda idxal əməmliyyatlarının həcmi 828 milyan dollar olduğu halda, bu ilin yanvar-avqust aylarında 697 milyon dollar təşkil edib. Özəl sektorda isə ciddi dəyişiklik müşahidə edilmir.

Dövlət hansı məhsuların idxalının bu qədər ixtisar etməyə məcbur olub? Hesabatı incələdikdə burada daha çox neft məhsullarının, qiymətli və qiymətsiz metalların, dənli bitkilərin adlarına rast gəlmək olur. Məsələn, daxil idxalı 25 faiz azalıb. Daha sonra kəskin azalma qara metallarda, mis, nikel, qurğuşun, sink məmulatlarının idxalında müşahidə olunur.

Təəssüf ki, özəl sektorda ixdalın həcmi dəyişməz olaraq qalır.

İxraca gəlincə, bu istiqamətdə əməliyyat 7.2 milyard olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6 faizlik azalma deməkdir. Hesabatı incələdikdə burada maraqlı bir durum yaranır. İxrac sektorunda əsas yük dövlət üzərində durduğunu görmək olur. Əgər ötən ilin müvafiq dövründə dövlət sektorunda ixrac əməliyyatı 4.5 milyard dollar təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 5.7 milyard yüksəlib. Özəl sektorda isə tam 1,3 milyard dollar olmaqla və ya 23.3 faizlik artım müşahidə edilir.  Həm özəl, həm də dövlət sektorunda artım olsa da, idxalın artımını üstələyə bilməyib. Bunun da əsas səbəblərindən biri dünya bazarında qeyri-neft məhsullarının qiymətlərinin kəskin bahalaşmasıdır. Nəticədə ölkədən özəl sektor vasitəsilə kapital çıxışı ölkəyə kapital axınından daha yüksək olaraq qalır.

Göründüyü kimi, dövlət ixracdakı azalmadan ölkəyə gələni gəlirlərlə bağlı tarazlığı saxlamaq üçün dövlətin tələbatını ixtisar etməyə məcbur olub. Bu, o deməkdir ki, özəl sektor idxaldan asılı vəziyyətdə qalmaqda davam edir.

Kənd təsərrüfatə üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, avqust ayında ölkəyə gətirilən kərə yağının qiymətində ciddi artım olub: “Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb. Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru artıq sıradan çıxmaq üzrədir”.

Belə ki, “pambıq siyasəti”nin prioritetliyini önə sürənlərin yanlışlığı nəticəsində örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumladıb, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. V.Məhərrəmov deyir ki, nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı: “Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiymətləri bahalaşıb və bahalaşmaqda davam edəcək”.

Vüsalə Rüstəmova

Gununsesi.info