Xırdalan susuz qaldı - 14 SAATDIR, SU GƏLMİR

  • By admin
  • 07 Yanvar 2018 15:10

Xırdalan şəhəri Quşçuluq massivində 14 saata yaxındır su yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə orada yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, dünən axşamdan etibarən sular kəsilib.

Sakinlər “Azərsu”ya məsələ barədə məlumat veriblər. Qurumdan bildirilib ki, ərazidə qəza olub və su borularında problem yaranıb.

Su verilişinin nə vaxt bərpa ediləcəyi bilinmir.

Gununsesi.info