Xırdalanda direktor müavini intihar etdi

  • By admin
  • 06 Aprel 2018 16:26
Xırdalan şəhər 22 nömrəli musiqi məktəbinin direktor müavini intihar edib.
Gununsesi.info xəbər verir ki, bu barədə oxu.az-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə cümə axşamı, aprelin 5-də baş verib. 1988-ci il təvəllüdlü Nərmin Ağalarova yaşadığı evin çardağında özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Qeyd edilir ki, Ağalarovanın iki azyaşlı övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info