
Fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı iki layihə ilə fəaliyyətə başlayacaq.
Gununsesi.info publika.az-a istinadən bildirir ki, sözügedən kanalda “Səni axtarıram Xoşqədəmlə” ilə birgə “Sən tək deyilsən” proqramı da yayımlanacaq.
Aparıcının yeni mövsümdən yayımlanacaq verilişinin anonsu artıq Xəzər TV-nin efirində təqdim edilir.
Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailə quran aparıcı əkiz oğul övladı dünyaya gətirəndən sonra bir müddətlik efirdən uzaqlaşmışdı.
Gunuinsesi.info












