Yəməndə Əl-Qaidə BƏƏ-nin dəstəklədiyi qüvvələrə hücum çəkdi

  • By admin
  • 19 Yanvar 2023 21:04

Yəmənda silahlı hücum olub.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Əl-Qaidə üzvləri Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi qüvvələrə silahlı hücum edib. Olay zamanı 6 hərbçi ölüb.

Yəmənin cənubundə hər iki tərəf arasında davam edən toqquşmalar davam edir.

Əl bombası ilə edilən hücum zamanı ölənlərdən birinin tabur komandiri olduğu bildirilir.

Xatırladaq ki, ötən ilin sentyabr ayında BƏƏ-nin dəstəklədiyi bölücü Şimal Keçid Şurasına aid qüvvələr bir hərəkat başlatmışdı. Əl-Qaidənin Yəmən qoluna yönəlik hərbi əməliyyatlardan sonra hər iki tərəfdəki silahlı qruplar arasında toqquşmalar başlalyıb.

Buna cavab olaraq Əl-Qaidənin Yəmən qolu BƏƏ dəstəkli qüvvələrə hücumlara starat verib. Onlar BƏƏ-nin Yəməndəki bazalarını hədəf alırlar. Əsgəri avtomobil karvanlarına əl bombaları ilə hücumla cavab verirlər.

Bu cür hücumların artması BƏƏ-nin dəstəklədiyi qüvvələrin irəliləyişini yavaşladıb. Qarşı tərəfi ağır itkilərə məruz qoyub.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info