Artıq çəkidən azad olmada kofenin əvəzsiz xidməti var. Lakin bunun üçün kofenin təkbaşına deyil, köməkçi qatqılarıyla birlikdə qəbul edilməsinin təsiri böyükdür.
Gununsesi.info Türkiyənin tanınmış dietoloqu professor Nəriman İnancın tövsiyyələrinə istinadən xəbər verir ki, belə qəhvə, yağ yandırıcı qidalar qrupundakı üç təməl vəsaitin birləşməsi zamanı yaranır; süd, darçın və qəhvə.
Qəhvə iştahı kəsməyə kömək etdiyindən, çox yeməyə meyilli insanlarda tələsik və ya çox yemə instinktini zəiflədir.
Darçın isə qan şəkərini tarazlamaqla yanaşı, həm də adamın həddindən artıq şirniyyata tələbatının qarşısını alır.
Yağ yandırıcı qəhvə belə hazırlanır:
Vəsaitlər:
Süd – 1stəkanı
Darçın -1 ədəd çubuq darçın
Kofe -1 çay qaşığı
Hazırlanması:
Yağ yandıran qəhvə üçün istifadə edəcəyiniz südü mütləq gecədən hazırlamağı unutmayın. Belə ki, gecədən südü və çubuq darçını kiçik bir qazana atıb vam odda qaynadın. Bunu etmənizin məqsədi, darçının südə tamamilə keçməsini təmin etməkdir.
Süd bir burum qaynadıqdan sonra odun üstündən götürün. Səhərədək darçının südün içində qalması şərtdir. Yağ yandırıcı qəhvənizi içmək üçün ən ideal vaxt axşamüstü saat 16-17:00 arasıdır. Çünki bu saatlarda insanlarda enerji düşdüyündən axşam yeməyində həddindən artıq miqdarda yemək istəyi yaranır. Bu zaman, həmin istəyi aradan qaldırmaq üçün və yağ yandırmağa kömək məqsədiylə bu saatlarda kofe qrişımını qəbul edin.
Kofeni isə gecədən hazırladığınız darçınlı südü yenidən isidib, içinə bir çay qaşığı kofe əlavə edərək, qarışdıraraq için. Lakin yağ yandırıcı kofedən faydalanmaq üçün bir neçə nüansa da diqqət etməniz vacibdir:
Kofenin yanında mütləq 2 böyük stəkan su içməlisiniz ki, yandırılan yağlar tər və ya sidik yoluyla çölə atılsın.
Bu qəhvəni əsla ikisi və ya üçü bir yerdə kofelərdən hazırlamayın. Onlar əsil, təbii kofe deyil, kimyəvi qarışıqlardır. əvəzində qablaşdırlmış bankalarda satılan Qold, klassik və ya filtrli kofedən istifadə edə bilərsiniz. Kofenin bədəndə təsir göstərə bilməsi üçün ən az 1 həftə nizamlı istifadə etməlisiniz.nəticə əldə etmək istəyirsinizsə qarışımı 2 gün içib buraxmaq olmaz.
Çubuq darçın istifadə baxımından çox rahatdır, lakin əgər evdə belə çubuqlarınız yoxdursa, bunu bir çay qaşığı toz darçınla da əvəzləyib, südü qaynada bilərsiniz.
Gülnaz Qənbərli
Gununsesi.info