Yağış bu rayonda ciddi fəsadlar törətdi

  • By admin
  • 04 Oktyabr 2017 21:57

yagis_sel

Yağan intensiv yağışlar Masallıda bir sıra fəsadlar törədib.

Gununsesi.info xəbər verir ki, Boradigah çayının məcrasından çıxması səbəbindən yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.  Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq .

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələdə davam edir.

Gununsesi.info