Yağışlar sabahdan kəsiləcək

  • By admin
  • 17 Sentyabr 2016 12:19

yags

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya  verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 16-20° isti, gündüz 23-27° isti, Bakıda isə gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun rayonlarda gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Gununsesi.info