YAP-çı millət vəkili: “Referenduma çıxarlacaq hər hansı maddəyə səs vermək seçicinin öz ixtiyarındadır”

  • By admin
  • 25 İyul 2016 15:46

 

ay-2

“Azərbaycan müxalifətinin bir qisminin Konstitusiyaya dəyişikliklə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, Konstitutsiya Məhkəməsinin bununla bağlı verdiyi rəy tamamilə qanunuyğundur və burada hər hansı qanun pozuntusuna yol verilməyib”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında YAP-çı millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, elə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycanda insan haqları və azadlıqlarının, demokratiyanın daha da genişlənməsinə və möhkmlənməsinə xidmət edir. “Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri bir neçə hissəyə bölmək olar. Bir qismi redaktə xarakterlidir, bir qismi ölkədə vətəndaşın hüquq və azadlıqlarının daha geniş formada inkişaf etdirilməsinə, digər qismi isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Demokratiyanın inkişafı dövlətin qarantı rolu oynadığı kimi, dövlətçiliyin də möhkəmlənməsi vətəndaşın hüquqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasına, demokratiyann ölkədə bərqərar olmasına xidmət edir. Bunlar bir-biri ilə paralellik təşkil edir. Bu baxımdan, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin elə əsl mahiyyəti də bundan ibarətdir. Çünki müxalifətin də daha çox ifadəni istifadə edir. Elə bütün dəyişikliklər ölkədə demokratiyanın daha da inkişafına xidmət edən amildir”- deyə, millət vəkili vurğulayıb.

Konstitutsiyaya edilən dəyişikliklərin zərurətinə toxunan millət vəkili əlavə edib ki, Konstitutsiyanın qəbulundan 21 il keçir və bu müddət ərzində ölkədə və dünyada xeyli dəyişikliklər baş verib. “Bu proseslər Konstitutsiyaya dəyişiklikləri zəruri edib. Ona görə də Azərbaycan prezidenti ona verilən hüquqdan və səlahiyyətdən istifadə edərək belə bir təşəbbüslə çıxış edib. Konstitutsiya Məhkəməsi də öz növbəsində Konstitusiyaya nəzərdə tutulan dəyişiklikjlərlə bağlı sualları müsbət cavablandırıb. Və burada nəsə axtarmaq sadəcə, səbatsızlıqdan irəli gələn məsələdir” – deyə, o, vurğulayıb. A.Hüseynov onu da əlavə edib ki, növbəti mərhələdə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər xalqa və sesçicilərə geniş formada izah olunacaq, təbliğat işləri aparılacaq, onun mahiyyəti izah olunacaq: “Referenduma çıxarlacaq hər hansı maddəyə səs vermək isə seçicinin öz ixtiyarındadır. Hansı maddəyə istəyəcək, o, maddəyə də səs verəcək. Onun bu qərarına kimsə müdaxilə edə bilməz”.

Mürtəza Bünyadlı

Gununsesi.info