Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, A.Rəhimzadə açıqlamasında deyib ki, Azərbaycanın Suriyaya hərbiçi göndərməsinə ehtiyac yoxdur:
“Azərbaycan sülhməramlıları Əfqanıstanda iştirak edir. Bu bizə kifayətdir. Azərbaycan bütün dünyaya sülhməramlı göndərəsi deyil ki?! Azərbaycanın Əfqanıstanda sülhməramlıları var. Bu bizə bəs edir”.
Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələri Suriyada dinc həyatın bərpasında iştirak etməyə çağırıb.
“Təhlükəsizliyi təmin etmək yalnız birgə səylərlə mümkündür. Hörmətli həmkarlar, bununla əlaqədar olaraq Suriyada dinc həyatının qaydaya salınmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm. Bu gün Suriya üzrə praktik qarşılıqlı əlaqələrimizin geniş spektri mümkündür. Ərazinin minalardan təmizləməsi, təhlükəsiz zonalarda nəzarət üçün birgə patrul xidməti, humanitar yardımın göstərilməsi, infrastrukturun bərpası və sair. Sizin dəstəyinizə bel bağlayırıq. Bu, beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin təminatında bizim birliyimizi nümayiş etdirərdi”.