Yaponiya imperatoru Prezident İlham Əliyevi təbrik edib

  • By admin
  • 25 May 2018 14:52

Yaponiyanın İmperatoru Akihito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Gununsesi.info-nun məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.