“Rusiyanın 3 yolu qalıb, amma heç biri qələbəyə aparmır”

Rusiya hakimiyyəti olduqca çətin vəziyyətdədir. 4 ildir cəbhədə ciddi uğurlar yoxdur, əksinə, Ukrayna ordusu Krımı havadan mühasirəyə alıb, yarmadaya giriş yolları qapanıb, strateji hərbi obyektlər, HHM sistemləri, neft-qaz, energetika ssitemləri sıradan çıxarııb. Artıq Sevsatapol şəhəri və yaarımadanın bəzi bölgələri tamamilə elektriksiz qalıb. Yanacaq issə yoxdur, yaxın gələcəkdə də olmayacaq. Deməli qısa müddət sonra Krımdan böyük köç başlayacaq və beləliklə Putin hakimiyyətinin əsas qələbə simvolu əlindən çıxacaq.

Rusiya paytaxtında, və bölgələrdə strateji neft-qaz obyektlərinin vurulması, nəticədə ölkədə yanacaq böhranının yaranması, hava limanlarının iflıc vəziyyətə düşməsi əhali arasında təşvişi və Kremlə qarşı qaynayan qəzəbi artırır.

Bura son 3 gündə Vorenj şəhərində yerləşən “İsgəndəır M” və s. qanadlı raketlər üçün əsas komponentlər hazırlayan mühüm hərbi zavodların vurulmassını da əlavə etsək, Rusiya hakimiyyətinin xalqa deməyə sözünün qalmadığını əminlilkə deyə bilərəik.

Bu günlərin ən dəhşətli zərbəsi isə Ukrayna PUA-larının Dubna Kosmik Rabitə Mərkəzini sıradan çıxarmasıdır. Ekspertlər bu əməliyyatı Qara dənizdə “Moskva” kreyserinin batırılması, Rusiya HHQ-nin 40-dan çox hərbi təyyarəsi məhv edilən “Pautina” əməliyyatından daha böyükj zərbə hesab edirlər.

Sentyabrda isə Ukraynanın hazırda sınaq mərhələsində olan ortamənzilli raketlərinin Moskvaya, Sankt-Peterburqa uçmasıdır.

Həmin sentyabrın 20-də isə Rusiyada parlament seçkiləri keçiriləcək.  Kreml isə seçkiyə məğlub durumda, əli-ətəyindən uzun gedir. Amma göz-görəti fiaskoya gedəcəklərmi, yoxsa, vəziyyəti dəyişmək üçün ağılagəlməz addımlar ata bilərlər?

3 versiya var:

Rusiya Ukrayna ərazsinə taktiki nüvə silahı ata bilər;

Rusiya NATO ölkələrindən birinə, çox güman Pribaltikaya hücum edə bilər;

Rusiyada daxili qruplar Putini hakimiyyətdən götürə bilərlər.

Onun yerinə ya Ukraynaya qarşı maksimum güc tərəfdarları gəlib, ölkədə səfərbərlik həyata keçirib, yenidən bütün gücləri ilə hücuma keçəcəklər, yaxud digər qüvvələr müharibəni dayandırıb Rusiyanı vəziyyətdən çıxarmağa çalışacaqlar.

Hər üçün ssenari Rusiyanı qələbəyə aparmır. Beləliklə, yaxın aylarda biz çox böyük hadisələrin şahidi olacağıq.

 

Elçin Rüstəmli

Gununsesi.info