Yaponiyada “Haqibis” qasırğası səbəbindən ölənlərin sayı 77 nəfərə çatıb.

  • Müəllif: admin
  • 17 Oktyabr 2019 09:12

Yaponiyada günlərdir hökm sürən “Haqibis” qasırğası səbəbindən ölənlərin sayı 77 nəfərə çatıb. 

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, təbii hadisə zamanı azı 13 nəfər itkin düşüb, 340-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar.

10 mindən çox evə ziyan dəyib. 13 prefekturada 138 min ev susuz, 34 min ev işıqsız qalıb.

 

 

 

Gununsesi.org