Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini keçdi

  • By admin
  • 03 İyul 2020 20:54

Yaponiyada son sutka ərzində ölkə üzrə 236, təkcə paytaxt Tokioda isə 124 nəfərdə yeni növ koronavirusa yoluxma faktı aşkar edilib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, COVID-19 xəstəliyi ilə bağlı bu rəqəmlər ölkədə son iki aydakı ən yüksək göstəricilərdir.

Belə ki, Tokioda 2 aydan sonra yoluxma sayı 120-ni keçib. Ölkə üzrə isə 200 yoluxma faktının aşıldığı gün ən son mayın 3-də olub.

Beləliklə, ölkədə yoluxanların ümumi sayı 20 038 nəfərə (fevralda Yaponiya sahillərində karantinə alınan “Diamond Princess” kruiz gəmisində yoluxmuş 712 nəfər də daxil olmaqla) çatıb. 990 nəfər virusdan ölüb, 17 524 nəfər sağalıb.

 

Gununsesi.org