Yaponiyadakı leysan dağıntılara və ölümə səbəb oldu - FOTOLAR

  • Müəllif: admin
  • 28 Avqust 2019 15:23

Yaponiyanın cənub-qərbində yağan yağış sellə nəticələnib.  Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür Saga əyalətinin Takeo şəhərindəki leysan dağıntılara və ölümə səbəb olub. 

Belə ki, hadisə zamanı sel 3 nəfəri aparıb.  Onların cansız bədəni tapılaraq ailəsinə təhvil verilib. Həmçinin yüzlərlə ev, maşın su altında qalıb, Saga qatar stansiyasına ciddi ziyan dəyib. Ushizu və Matsuura çayları daşıb .

Bundan əlavə, torpaq sürüşməsi ilə bağlı 847 min şəhər sakini təxliyyə edilib.