Yarım saata 500-dən çox adam qan verdi

  • By admin
  • 10 Sentyabr 2019 11:03

Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyaları bu gün səhər 9:00-dan başlanıb.

Səhiyyə  Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib.

Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Gununsesi.org