Yasamalda 16 yaşlı gənc yol qəzasında yaralandı

  • By admin
  • 30 May 2021 10:56

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Abbasov Zahid Seyfəddin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info