Yasamalda hündürmərtəbəli binada yanğın oldu  25 nəfər təxliyə olunub -FOTO

  • By admin
  • 23 İyun 2018 11:10

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında olan binanın birinci mərtəbəsində olan mağazada yanğın başlayıb. Sonradan yanğın yuxarı mərtəbələrə keçib.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğının qarşısını alıb. Yanğın söndürülüb.
Hadisənin baş verməsinə səbəb elektrik naqillərindəki qısaqapanma olub.