“Konstitusiya” Araşdırmalar Fondu vətəndaşlara ödənişsiz hüquqi dəstək göstərməyə başladı

  • By Admin2
  • 02 İyul 2026 16:43

“Konstitusiya” Araşdırmalar Fondu vətəndaşlar üçün yeni hüquqi dəstək təşəbbüsünə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə fondun sədri Əliməmmıd Nuriyev mılumat verib.

Fond gündəlik həyatda qarşılaşılan sosial, infrastruktur, səhiyyə, təhsil və digər sahələrdə yaranan problemlərlə bağlı dövlət qurumlarına ünvanlanacaq ərizə və şikayətlərin hazırlanmasına ödənişsiz hüquqi yardım göstərir.

Fonddan verilən məlumata görə, müraciət edən şəxslərin problemləri əvvəlcə hüquqşünaslar tərəfindən araşdırılır, daha sonra isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmi ərizə və ya şikayət hazırlanır.

Qeyd olunur ki, göstərilən hüquqi xidmət tamamilə ödənişsizdir və vətəndaşların dövlət orqanlarına hüquqi baxımdan düzgün tərtib edilmiş müraciətlər etmələrinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, hüquqi dəstək almaq istəyən vətəndaşlar 050 517 37 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Gununsesi.info