Yavər Camalov: “Silahlı Qüvvələrinin tələbatını tam ödəmək iqtidarındayıq”

  • By admin
  • 27 Sentyabr 2016 10:48
yavercama230160726
Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək iqtidarına sahibdir.
Gununsesi.info xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində deyib.
Onun sözlərinə görə, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hərbi texnika, silah və sursat istehsal edən müəssisələrimiz tamamilə yenidən qurulub: “Müəssisələrimiz Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək iqtidarına sahib olub. Bu gün müəssisələrimiz dünya və NATO standartlarına cavab verə biləcək məhsul istehsal etmək qabiliyyəti əldə edib”.
Nazir deyib ki, görülən tədbirlər nəticəsində son illər Azərbaycan ordusunun maddi-texniki bazası gücləndirilib: “Artıq hərbi-texniki əməkdaşlıq sahəsində uğurlar əldə olunub. “ADEX 2016” sərgisi çərçivəsində əməkdaşlıq imkanlarımız daha da  genişlənəcək”.
Nazir qeyd edib ki, hazırda 125 hərbi məmulatın yaradılması istiqamətində təcrübə-konstruktor işlərini uğurla davam etdirir.
Mürtəza
Gununsesi.info