“Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi bölgə üçün daha ciddi təhdidlər yaradacaq…” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 13 Aprel 2017 12:24
lavrov tillerson
Rusiya ilə ABŞ  Suriya münaqişəsinin həllində  ortaq məxrəcə gəlməsə,  Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər və  proseslərin  kəskinləşməsi isə bütünlüklə bölgə üçün  daha ciddi  təhdidlər yaradacaq.
 Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi və ABŞ-ın buna  kəskin reaksiya verməsi Suriya münasiqəsindəki proseslərin tənzimlənməsində tamamilə yeni bir  situasiya yaradıb.
“ABŞ-ın bu addımı isə Rusiya  tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Hesab edirəm ki, proseslərin belə  məcrada davam  və inkişaf  etməsi bölgə üçün xeyirli deyil. Hadisələrin inkişafı bölgədə vəziyyətin daha da gərginləşməsinə  gətirib çıxara bilər”- deyə,  millət vəkili vurğualyıb.
putin_trump
E.Nəsirov hesab edir ki,  hadisələrin   belə hal almasına  ABŞ-dakı daxili siyasətin də  müəyyən təsirləri olub:
“Belə ki,  bu gün ABŞ cəmiyyətində Donald Trampa qarşı ciddi müxalifət  formalaşıb. Hətt, onun təmsil olunduğu partiyada belə ona qarşı çıxanlar var. Əgər hadisələr belə davam edəcəksə,  proseslərin gedişinin müəyyən mərhələsində Trampın impiçment məsələsi gündəmə də  gələ bilər. Ona görə də Tramp vəziyyəti öz xeyrinə dəyişmək üçün  belə bir prosesi başladıb”.
 ABŞ dövlət katibi Reks Tillersonun Moskavaya səfəri və burada keçridiyi görüşlərə gəldikdə isə  millət vəkili deyib ki,  müzakirələr çox gərgin keçib:
“Çünki Rusiya xarici işlər naziri Sergey Lavrovla  ABŞ dövlət katibi Tillerson arasındakı danışıqlar beş saat çəkib və bundan sonra Tillerson  Rusiya prezidenti Vladimir Putinləgörüşüb. Bu,  bir daha göstərir ki, tərəflər  Suriya məsləsində çox gərgin  müzakirələr aparıblar. Odur ki, Moskva danışıqları proseslərin daha da gərginləşəcyindən xəbər verir”.
E.Nəsirov eyni zamanda deyib ki, ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsindən Ermənistan da ciddi narahatçılıq keçirir.
azadsuriya
“İrəvan hesab edir ki, ABŞ-la  Rusiya arasında münasibətlər daha da kəskinləşəcəyi təqdirdə, Rusiya qarşı sanksiyaların daha da sərtləşdirilməsi məsələsi gündəmə gələ bilər.  Ermənistan Rusiyanın ən yaxın müttəfiqi və iqtisadiyyatı bu ölkədən asılı olduğundan, ona da hansısa formada  zərbə dəyəcəyindən narahatdır. Odur ki, ermənilər  çıxılmaz vəziyyətə düşüblər”- deyə, o, vurğulayıb.
 Millət vəkili  əlavə edib ki, İrəvan həmçinin, yaranmış durumdan Azərbaycanın da istifadə edib öz torpaqlarını işğaldan istifadə etməsi məsələsini daha ciddi şəkildə gündəmə gətirməsindən narahatdır.
“Bu, istisna deyil. Odur ki, ermənilər bunu yaxşı anlayır və  bununla bağlı narahatçılıqlarını dilə gətirirlər”- deyə, millət vəkili bildirib.
elman nesirov
Mürtəza
Gununsesi.info