Yaxşı dərmanın reklamına ehtiyac yoxdur

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 15:00
rafiq
Ancaq bzi dərman firmaları öz keyfiyyətsiz  dərmanlarını satmaq  bir yol taparaq mətbuat vasitəsi ilə reklam etdiməyə başlayır və cammat da, bu reklama aldanır, nəticədə ortaya ciddi fəsadlar çıxır.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili, Tibb Universitetinin prorektoru Rafıq Məmmədhəsənov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Drəman vasitələri haqqında”  qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə,  bu məsələ ciddi olduğundan, dərmanların reklamı ilə bağlı məcələyə ciddi yanaşmaq lazımdır. “Çünki sadə xalq  televiziyalarda reklam olunan dərmanın hansı effekt verəcəyini bilmədən alır və istifadə edir. Bu da nəticədə ciddi fəsadlara yol açır. Ona  görə də, dərman firmlarının  satdığı dərmanların  mətbuatda reklamlarına  ciddi nəzarət olunmalıdır. Hesab edirəm ki, ümumiyyətlə qadağan edilməlidir. Dərman pereparatlarının reklamı ancaq  tibb sahəsində keçirilən elmi konfranslarda, seminarlarda, o cümlədən ixtisaslaşdırılmış tibbi mətbu orqanlarında reklam oluna bilər. Mən dərman vasitələrinin telekanallarda səhərdən axamacan reklamının əleyhinəyəm”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info