Kişilərin çoxuna “yaltaq dedi -QADINLARA İSƏ...

  • By admin
  • 29 İyul 2016 22:45

firuz

“Bilmirəm ürəyimdən keçəni deyim, yoxsa yox… Nədənsə, (nəyə görəsə), daim mənə elə gəlib ki, “yaltaq” sözü işlədiləndə bu, məhz kişi cinsindən olan adamlara aiddir. Yəni, yaltaqları həmişə kişilərin arasında təsəvvür etmişəm. Nəyə desəniz and içə bilərəm ki, mən qadınlar arasında (kişilərlə müqayisədə) yaltaq görməmişəm…”

Gununsesi.info xəbər verir ki, bunu tanınmış filosof, yazıçı-dramaturq Firuz Mustafa “Facebook” statusunda yazıb. O, yazıb ki,  amma çox təəssüf  ki, son zamanlar qadınlar arasında da bu “xəstəliyə” yoluxanlara təsadüf olunur.. “Özü də bu xanımların eləsi var ki…Qadınlar, amandır, genidəyişmiş meyvə-tərəvəzlər yeməyin…”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info