Yediyi alma boğazında qaldı, öldü

  • By admin
  • 13 İyun 2016 15:18

ALMA YEYEN

 

Şamaxıda bədbəxt hadisə ölümə səbəb olub. Gununsesi.info xəbər verir ki, şəhərdəki mənzillərdən birində yaşayan 1996-cı il təvəllüdlü İslam Rəsul oğlu Allahverdiyevin nəfəs borusunda alma qalıb. Nəfəs ala bilməyən 20 yaşlı gənc boğularaq dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son iki gündə ölkə ərazisində daha iki bədbəxt hadisə baş verib. Ötən gün Biləsuvar rayonunun Amankənd kəndində yaşayan azyaşlı Nuru Hüseynli evlərinin yaxınlığından keçən arxa düşərək boğulub.